32 yaşlı kişi itkin düşüb
Digərləri 13 Noy 2019 22:20:00 247 0
Gəncədə 32 yaşlı kişi itkin düşüb.
Son.az Trend-ə istinadən bildirir ki, hadisə Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidə baş verib.
Kəlbəcər rayonunda qeydiyyatda olan, Goranboy rayonu, Yeni Qaçqın şəhərciyi, bina 5, mənzil 52-də yaşayan, 1987-ci il təvəllüdlü Cəfərov Nazim Elman oğlu noyabrın 11-də Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidəki iş yerinə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az