2040cı ilədək qlobal neft istehsalı 10 faiz, qaz hasilatı isə 40 faiz artacaq


Dünya 13 Noy 2019 22:17:00 357 0

2040cı ilədək qlobal neft istehsalı 10 faiz, qaz hasilatı isə 40 faiz artacaq

2040-cı ilə qədər qlobal neft hasilatı 10 faiz, təbii qaz istehsalı isə 40 faiz artacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Bildirilir ki, mövcud siyasət davam edəcəyi təqdirdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qlobal neft istehsalındakı payı 39 faiz olacaq.

OPEC-ə üzv ölkələrin neft istehsalı 2040-cı ildə gündəlik 45,9 milyon barrelə, qlobal neft hasilatı isə sutkada 117,7 milyon barrelə çatacaq.