Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir


Digərləri 13 Noy 2019 21:30:09 254 0

Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir

Noyabr ayından etibarən iki aylıq təlimlər təşkil olunur

Bakı. Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərmək məqsədilə müvafiq ixtisas attestatını əldə etmək istəyən, habelə hal-hazırda bu fəaliyyəti yerinə yetirən və ya gələcəkdə belə fəaliyyəti həyata keçirmək istəyən şəxslər üçün noyabr ayından etibarən iki aylıq təlimlər təşkil olunur. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, təlimlərdə gömrük işinin hüquqi əsasları, gömrük nəzarəti və rəsmiləşdirilməsi (gömrük prosedurları, qeyri ticarət siyasəti tədbirləri), gömrük bəyannamələrinin doldurulması qaydasının metodikası, gömrük işinin iqtisadi əsasları, gömrük hüquqpozmaları və s. istiqamətləri əhatə edən mövzular üzrə nəzəri və praktiki dərslər keçirilir. Təlimlər gömrük xidmətində çalışan təcrübəli və peşəkar mütəxəssislər tərəfindən aparılır.