Ermənistan zəif həlqədir, Azərbaycana baxın


Dünya 13 Noy 2019 21:20:00 278 0

Ermənistan zəif həlqədir, Azərbaycana baxın

Ermənistan iqtisadiyyatı çox kiçikdir - cəmi 12.4 milyard dollar. Müqayisə üçün deyək ki, Azərbaycan 47 milyard dollar həcmində ümumi daxili məhsula sahibdir. Ermənistan Avrasiya Birliyinə daxildir, lakin onun inkişaf səviyyəsi Belarus, Rusiya Federasiyası və Qazaxıstanla müqayisədə olduqca aşağıdır. Qırğızıstanla birlikdə Ermənistan Avrasiya Birliyində zəif həlqə sayılır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı iqtisadçı Aleksandr Razuvayev deyib.

Ekspert qeyd edib ki, ABŞ, Fransa, İspaniya, Rusiya kimi ölkələrdə bu qədər zəngin erməni olmasına baxmayaraq, onların nəyə görə özlərinin tarixi vətənlərinə investisiya qoymaq arzusunda olmamaları həmişə onun üçün sirr olaraq qalıb.

"Ümumdünya Bankının 2015-ci il hesabatında qeyd olunur ki, xüsusi pul köçürmələri Ermənistan ÜDM-nin 21 faizini təşkil edir. 2015-ci ildə Ermənistanda pul köçürmələri son 10 ildə ən aşağı həddə - 1.6 milyard dollara bərabər olub. Ən yüksək göstərici (2.3 milyard dollar) isə 2008-ci ildə qeydə alınıb. 2018-ci ildə Ermənistana 1.786 milyard dollar köçürülüb, 2019-cu ilin birinci yarısında isə bu rəqəm təxminən 800 milyon dollar təşkil edib. Ermənistan vətəndaşları əsasən işləmək üçün Rusiyaya üz tutur. Rusiyanın Ermənistana pul köçürmələrindəki payı 80 faizi keçir", - ekspert bildirib.

Razuvayev qeyd edib ki, yalnız son bir neçə ayda rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi Ermənistandan başqa ölkələrə iş axtarmağa gedib:

ƏTRAFLI hunergroup.az