Ukrayna və Ermənistan arasında gərginlik


Dünya 13 Noy 2019 20:54:00 248 0

Ukrayna və Ermənistan arasında gərginlik

Ukraynanın İrəvandakı səfirliyi Ermənistan vətəndaşlarının işğal altındakı Krım bölgəsinə qanunsuz səfərləri ilə bağlı bəyanat yayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bəyanatda ermənilərdən Rusiyanın işğalı altında olan Ukrayna ərazilərinə qanunsuz səfər etdiyi bildirilib.

Səfirlik Ermənistan vətəndaşlarını işğal bölgəsinə getmək qaydalarına əməl etməyə çağırıb.

Səfirliyin açıqlamasında bir qrup Ermənistan vətəndaşının Krım ərazisinə növbəti qanunsuz səfəri barədə məlumatın verildiyi və işğal olunmuş ərazilərə giriş qaydalarını pozduğu qeyd edilib.

Açıqlamada bu addımın cinayət xarakterli olduğu bildirilib.