Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı


Kriminal 13 Noy 2019 20:39:00 324 0

Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "BMW 528 1" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra "Cesi" ləqəbli kinoloji xidməti itin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin oturacaqların arxasında 4000 ədəd "King" markalı siqaret aşkarlanıb.