Bakıda kişi keçmiş arvadını sevgilisi ilə tutdu və...


Kriminal 13 Noy 2019 18:54:00 307 0

Bakıda kişi keçmiş arvadını sevgilisi ilə tutdu və...

3 il əvvəl Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinərək məhkum olunan Rəşad İbrahimzadənin işinə Ali Məhkəmədə baxılacaq.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, işə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Məhkəmə baxış iclası noyabr ayının 19-na təyin olunub.

Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında baş verib. Gəncə şəhər sakini olan 30 yaşlı R.İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirib. Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı R.İbrahimzadə saxlanılıb. Saxlanılan R.İbrahimzadə ifadəsində bildirib ki, "Mayın 3-də işimi-gücümü atıb Zəhranın dalına düşdüm. Səhər saat 9 radalərində "Gənclik" metrosunun yanında 199 nömrəli avtobusa mindiyini görüb, taksi ilə onu izləməyə keçdim. "Yaşıl bazar"ın qarşısında avtobusdan düşdü. Oradan "Atlas" klinikasının qarşısına gəldi. Bu zaman sonradan adını bildiyim Emil adlı şəxslə səmimi görüşdü. Aralarında isti münasibət olduğunu hiss etdim. Birlikdə getməyə başladılar. Bundan qıcıqlandım. Özümlə gətirdiyim bıçaqla onların üzərinə getdim. Zəhra məni görən kimi Emilin qabağına keçdi. Birinci Zəhraya bir neçə bıçaq zərbəsi vurdum. Zəhra yerə yıxıldı, dalınca Emili bıçaqladım. O yerə yıxıldı. Bir qədər orda durdum, özümə gələn kimi hadisə yerindən qaçdım".