BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib


Siyasət 13 Noy 2019 20:04:00 239 0

BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib.

Son.az xəbər verir ki, Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, noyabrın 15-də, saat 11:00-da AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuq ilə görüş olacaq.

Tarix İnstitutundan verilən məlumata görə, görüşdə Abdullah Mətuq Əl-Mətuqa institutun fəxri doktoru diplomu təqdim olunacaq.

Tədbir AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.