Qubada 55 yaşlı kişi evində dəm qazından boğulub öldü


Digərləri 13 Noy 2019 20:01:00 273 0

Qubada 55 yaşlı kişi evində dəm qazından boğulub öldü

Quba sakini evində dəm qazından boğulub ölüb.

Bakı. Samir Əli - Quba sakini evində dəm qazından boğulub ölüb. Trend-in məlumatına görə, hadisə rayonun T.Əhmədov küçəsi 21 saylı evdə baş verib. Həmin evdə yaşayan, 1964-cü il təvəllüdlü Cəbrayılov Mirzəbaba Əbülfəz oğlu gecə yuxuda olarkən kustar üsulla hazırlanmış sobadan dəm qazı evə dolub. Nəticədə M.Cəbrayılov qazdan boğularaq ölüb. Onun meyiti gecə saatlarında oğlu tərəfindən aşkar edilib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin