BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib


Digərləri 13 Noy 2019 19:50:00 254 0

BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında Abdullah Mətuq Əl-Mətuq ilə görüş olacaq.

Bakı. BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib. Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, noyabrın 15-də, saat 11:00-da AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuq ilə görüş olacaq. Tarix İnstitutundan verilən məlumata görə, görüşdə Abdullah Mətuq Əl-Mətuqa institutun fəxri doktoru diplomu təqdim olunacaq. Tədbir AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin