Turagentliklərin və müştərilərin məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlanıb


Digərləri 13 Noy 2019 19:44:00 297 0

Turagentliklərin və müştərilərin məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlanıb

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti və Ekspertlər Şurası turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlayıb.

Son.az xəbər verir ki, Assosiasiyadan Trend-ə bildirilib ki, irəli sürülən təklifə əsasən bundan sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan agentliklərlə onların xidmətlərindən yararlanan müştərilər arasında icbari olaraq müqavilə imzalanacaq.

Nəzərdə tutulan müqavilə turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək. Eyni zamanda nəzərdə tutulan müqavilə tərəflər arasında yaşana biləcək problemlərin və narazılıqların qarşısını almağa xidmət edəcək.