Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb


Kriminal 13 Noy 2019 19:19:00 265 0

Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb

Muzey Mərkəzində tanınmış bolqarıstanlı fotoqraf İvo Hadjımişevin "Balkan sivilizasiyassının təqdimatı" adlı fotosərgi açılıb.

Son.az xəbər verir ki, Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov çıxış edərək Bakıda belə bir sərginin təşkilindən məmnunluğunu ifa edib.

Sərginin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə reallaşan "Fantaziya" festivalı çərçivəsində açıldığını deyən diplomat, iştirak edən hər kəsə təşəkkür edib. Bildirib ki, festivalının məqsədi mədəni irslərin nümayişi barədə məlumatlılığın artırılmasıdır. Diplomat dəstəyə görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib, bu sərginin Muzey Mərkəzində nümayişindən məmnunluğunu qeyd edib.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis sərgidə iştirak etməkdən məmnun olduğunu söyləyib. Qeyd edib ki, ikinci dəfə təşkil edilən "Fantaziya" festivalı çərçivəsində bir sıra konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgilər, müsabiqələr, müzakirələr də daxil olmaqla genişmiqyaslı tədbirlər təşkil olunub:

"Bu sərgi də həmin tədbirlərin tərkib hissəsidir. Bakıda rəssamın belə bir sərgisinin açılması Balkan sivilizasiyası haqında təəssürat əldə olunmasına kömək edəcək, nümayiş olunan fotolar sərgi iştirakçılarında xoş təəssürat yaradacaq".