Şəbnəm anasının ölüm səbəbini açıqladı
Şou-biznes 13 Noy 2019 18:29:00 515 0
Müğənni Şəbnəm Əsədova anası dünyasını dəyişəndən sonra "Hər şey daxil" verilişinə qonaq olub.
Axşam.az xəbər verir ki, sənətçi Tərxanımın vəfat etmə səbəbini açıqlayıb:
"Xalamın 70 yaşı var idi, övladları olmurdu. Onlar həyatlarını mənə həsr etmişdilər. O, mənim xalam idi. 1 yaşımda doğma anamı itirəndə, bu hissi yaşamadım. İndi ana itkisi nədir bildim. Çox istəyirdim yaşasın. Qan laxtalanmasından vəfat etdi. 1 dəqiqənin içində əlimizdən getdi".
Mənbə: milli.az