Azərbaycanda yaşayış minimumunun məbləği təsdiq olundu


Digərləri 13 Noy 2019 17:22:00 269 0

Azərbaycanda yaşayış minimumunun məbləği təsdiq olundu

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir. Müzakirələrdən sonra yaşayış minimumunun məbləği birinci oxunuşda təsdiq olunub.