Sahil Babayev: Bu il 934 şəhid ailəsinə və əlil şəxslərə mənzil veriləcək


Digərləri 13 Noy 2019 17:06:00 248 0

Sahil Babayev: Bu il 934 şəhid ailəsinə və əlil şəxslərə mənzil veriləcək

Azərbaycanda bütün imtiyazlı şəxslərin mənzillə təminatı yerli icra hakimiyyətlərinin səlahiyyətindədir.

Bakı. Azərbaycanda bütün imtiyazlı şəxslərin mənzillə təminatı yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Yalnız 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentdə çıxış edərkən deyib. Nazir bildirib ki, 2014-cü ilin yanvarın 1-dək növbəyə duran şəxslərin siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutularaq nazirliyə təqdim edilib. (adsgarden = window.adsgarden || []).push({}); S.Babayev söyləyib ki, təkcə bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə mənzillər təqdim ediləcək: “Növbəti il bu proqram daha da genişləndiriləcək. 2-3 il ərzində növbədə duran insanların mənzillə təminatının tam şəkildə həll edilməsi qarşıda məqsəd qoyulub”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin