Ceyhun Bayramov: "Azərbaycanda tolerantlıq anlayışları müxtəlif fənlər çərçivəsində şagirdlərə çatdırılır"


Digərləri 13 Noy 2019 16:35:00 300 0

Ceyhun Bayramov: "Azərbaycanda tolerantlıq anlayışları müxtəlif fənlər çərçivəsində şagirdlərə çatdırılır"

Azərbaycanda multikulturalizm ənənələrinin gənc nəslə çatdırılması məqsədilə məktəblərdə tolerantlıq və qarşılıqlı hörmət anlayışları müxtəlif fənlər çərçivəsində şagirdlərə çatdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov YUNESKO-nun 40-cı Baş konfransı çərçivəsində təşkil olunan "Məktəblər və ekstremizm, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?" adlı tədbirdə deyib.

Təhsil naziri multikulturalizm ənənələrinin gənc nəslə çatdırılması məqsədilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində "Multikulturalizmin əsasları", magistratura səviyyəsində isə "Azərbaycanda multikulturalizm" fənlərinin tədris olunduğunu da qeyd edib.

C.Bayramov Azərbaycanda müxtəlif xalqlar, dinlər və mədəniyyətlər arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmət münasibətlərinin olduğunu söyləyib. O, bu ənənələrin davam və inkişaf etdirilməsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.