Gövhər Baxşəliyeva: "2020ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək"


Digərləri 13 Noy 2019 16:28:00 346 0

Gövhər Baxşəliyeva: "2020ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək"

"Müzakirəyə təqdim olunan "2020-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi yetərincə təkmil, bütün parametrlər üzrə büdcə sistemi haqqında qanuna müvafiq şəkildə hazırlanmış ciddi sənəddir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili, akademik Gövhər Baxşəliyeva Milli Məclisin (MM) iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib: "İlk dəfə olaraq icmal büdcənin gəlirləri 27 milyard 533 milyon manat, xərcləri 29 milyard 488 milyon təşkil edəcək ki, bu da cari illə müqayisədə 7,7 % çoxdur. Önəmlidir ki, neft gəlirlərinin xüsusi çəkisi azaldılaraq, qeyri-neft gəlirləri artıb. Digər önəmli məsələ - ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və s. addımlardır. Büdcə sosialyönümlüdür. Bu isə o deməkdir ki, əhaliyə ödənişlərin məbləği artacaq, müxtəlif proqramlar həyata keçiriləcək, o cümlədən özünüməşğulluq daha da genişlənəcək. Təqdirəlayiqdir ki, ölkədə manatın dayanıqlığı diqqət mərkəzindədir, son üç ildə manatın xarici valyutaya nisbəti sabitdir. Elmə ayrılan vəsait. 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 57,4 milyon manat yaxud 42,1 faiz çoxdur. Prezidentimizin akademik Akif Əlizadə ilə görüşündə dediyi sözlər elmi ictimaiyyət arasında böyük ruh yüksəkliyi yaratmışdır. Konkret olaraq 2020-2023-cü illər üzrə sosial-iqtisadi inkişafın ortamüddətli prioritetləri haqda danışmaq istərdim. Humanitar və ictimai elmlər sahəsində nəzərdə tutulan üç müddəa aşağıdakı kimi ifadə edilib: Azərbaycan dövlətinin aparıcı ideologiyası olan, əsası ümummilli lider Heydər Əliyev tərəfındən qoyulmuş azərbaycançılığın strateji istıqamət kimi multidıssıplinar səviyyədə tədqiqinin təşkili; Mədəni, iqtisadi və arxeoloji elmi irsin qorunması və tədqiqi: aşkarlanması, sistemləşdirilməsi, elmi təsviri, bərpası və konservasiyası; Azərbaycan əhalisinin müxtəlif qruplarının etnogenezinin, etnomədəni simasının, müasir etnik proseslərin, Qafqazda qarşılıqlı tarixi-mədəni əlaqələrin kompleks tədqiqatları. İkinci müddəa ilə bağlı demək istədiklərim aşağıdakılardır:

(adsgarden = window.adsgarden || []).push({});