Nardaranda "Muğam dünyasına səyahət” konserti keçirilib FOTO


Kriminal 13 Noy 2019 16:05:00 264 0

Nardaranda "Muğam dünyasına səyahət” konserti keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzinin "Muğam dünyasına səyahət" layihəsinin növbəti konsert Nardaranda təqdim olunub.

Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi birgə həyata keçirdiyi "Muğam dünyasına səyahət" layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran Qəsəbə Mədəniyyət Mərkəzində reallaşan konsertdə tarzən Rəşad İbrahimov və kamança ifaçısı Təbriz Yusifovun müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqəsinin qalibləri, xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva , Elgiz Əliyev  Nardaran sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.  xanəndələr "Segah", "Mahur", "Şur" muğamları və təsniflər ifa ediblər.

Bu ilin iyul ayından start götürən "Muğam dünyasına səyahət" layihəsi ilin sonuna kimi davam edəcək. Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.