Azərbaycanlı qadın Kiprdə soyuldu


Kriminal 13 Noy 2019 15:25:00 280 0

Azərbaycanlı qadın Kiprdə soyuldu

Şimali Kiprdə azərbaycanlı qadının evindən sevgilisi oğurluq edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Qazimağusa şəhərində yaşayan Azərbaycan əsilli Səbinə Qasımova oktyabrın 15-də polisə müraciət edərək, 2019-cu ilin iyun ayında evindən qızıl əşyalarının oğurlandığını bildirib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Azərbaycan əsilli Ərman Şah olduğu müəyyən olunub və o, noyabrın 11-də polis tərəfindən tutulub.

S.Qasımova və Ə.Şah əvvəldən tanış olub və onu öz evinə gətirib.

Səbinə ölkə xaricində olanda Ə.Şah özündə olan açarla sevgilisinin evinə daxil olub və oradan içərisində 13 ədəd qızıl əşya olan çantanı oğurladığını etiraf edib.