Xalq artisti ilə aparıcı arasında QALMAQAL Efiri TƏRK ETDİ:


Şou-biznes 13 Noy 2019 15:29:00 313 0

Xalq artisti ilə aparıcı arasında QALMAQAL  Efiri TƏRK ETDİ:

"Səni axtarıram"ın məşhur ekspertlərindən biri canlı efiri yarımçıq tərk edib.

Son.az xəbər verir ki, verilişə çıxan bir qadın övladlığa götürdüyü qızının keçmiş həyat yoldaşı tərəfindən İranda qanunsuz şəkildə saxlanıldığını iddia edib.

"Övlad"ı üçün efirdə gözyaşı tökən qadına verilişin ekspertləri müxtəlif məsləhətlər veriblər. Kuliminasiya isə Xalq artisti Əjdər Həmidovun adı ilə bağlı olub. Belə ki, Xalq artistinin qadına dediyi "Doğma övladınız deyilsə neynirsiniz o uşağı?" sözlər efirdə qalmaqala səbəb olub.

Xoşqədəm Hidayətqızı 66 yaşlı aktyorun bu fikrinə "Əjdər müəllim, siz kəlmənizlə övladlığa götürülənlərin qəlbini param-parça etdiniz" sözləri ilə münasibət bildirib.

(adsgarden = window.adsgarden || []).push({});