Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb


Dünya 13 Noy 2019 14:16:00 303 0

Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb

Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Armavir şəhər dumasının deputatı Aleksey Vinoqradov edib.

Onun sözlərinə görə, noyabrın 11-də yerli hökumət orqanlarının xatirə lövhəsinin sökülməsi üçün qoyulan ikihəftəlik müddət başa çatıb.

Deputat əvvəllər də vurğulamışdı ki, xatirə lövhəsi sökülməyəcəyi təqdirdə o, fərdi şəkildə bu məsələni həll edəcək.