2020-ci ildə əhaliyə ödənişlərin məbləği 5 milyona yaxın olacaq


Digərləri 13 Noy 2019 14:08:00 325 0

2020-ci ildə əhaliyə ödənişlərin məbləği 5 milyona yaxın olacaq

Gələn il ünvanlı sosial yardımlar üçün 50 milyon manat ayrılacaq.

Bakı. Elçin Mehdiyev - 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq. Gələn il ünvanlı sosial yardımlar üçün 50 milyon manat ayrılacaq. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. S.Babayev qeyd edib ki, qeyri-büdcə təşkilatları tərəfindən büdcəyə 76,2 milyon manat vəsaitin daxil olması gözlənilir. Nazir vurğulayıb ki, görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı durur”.