İntensiv yağış yağacaq


Digərləri 13 Noy 2019 13:18:00 254 0

İntensiv yağış yağacaq

Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a bildirilib ki, havanın temperaturu gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 3-8, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.