İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq


Digərləri 13 Noy 2019 13:04:00 313 0

İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq

Bu ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vətəndaş məmnunluğuna imkan yaradan innovativ yeniliklərin əhatə dairəsi getdikcə daha da genişləndiriləcək:

"Müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək şəxs üzrə təyinatlar proaktiv qaydada, onların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçiriləcək".