Əhalinin yeni avtomobil almaq və kredit şərtlərini sadələşdirmək lazımdır


Digərləri 13 Noy 2019 13:08:19 274 0

Əhalinin yeni avtomobil almaq və kredit şərtlərini sadələşdirmək lazımdır

Azərbaycanda avtomobil bazasının dəyişdirilməsinə ehtiyac var. Statistika göstəricilərinə nəzər salsaq, yol qəzalarınln müəyyən bir hissəsi köhnə avtomobillərin payına düşür. Bu baxımdan əhalinin yeni avtomobil almaq şərtlərini asanlaşdırmaq, kredit şərtlərini sadələşdirmək, insanları yeni avtomobillərə əlçatanlığını təmin etmək lazımdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, elektriklə işləyən avtomobilləri bütün növ rüsümlardan azad etmək yaxşı olar: "Artıq bu sahədə dünyada yaxşı təcrübə var. Biz bu təcrübələri ölkəmidə tətbiq edə bilərik"

(adsgarden = window.adsgarden || []).push({});