Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb


Digərləri 13 Noy 2019 12:44:19 195 0

Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb

Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb

Bakı. Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb. Trend-in məlumatına görə, bunu Armavir şəhər dumasının deputatı Aleksey Vinoqradov edib. Onun sözlərinə görə, noyabrın 11-də yerli hökumət orqanlarının xatirə lövhəsinin sökülməsi üçün qoyulan ikihəftəlik müddət başa çatıb. Deputat əvvəllər də vurğulamışdı ki, xatirə lövhəsi sökülməyəcəyi təqdirdə o, fərdi şəkildə bu məsələni həll edəcək. (adsgarden = window.adsgarden || []).push({}); Məsələ öz həllini tapmadığı üçün A.Vinoqradov fəal vətəndaş mövqeyi nümayiş etdirərək lövhəni qara rənglə boyayıb: “Üçüncü reyxlə əməkdaşlıqla ləkələnən şəxslərə abidələr qoyulması alman-faşist işğalçıları ilə mübarizə aparmış xalqa təhqirdir. Əgər Qaregin Njde qəhrəmandırsa, onda ona xatirə lövhəsi qoyanlar kimdir?” Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin