Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub


Digərləri 13 Noy 2019 11:09:25 221 0

Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub

2019-cu ilin oktyabr ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 384 müraciət daxil olub.

Bakı. 2019-cu ilin oktyabr ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 384 müraciət daxil olub. Agentlikdən Trend-ə verilən məlumata görə, onların 132-si ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 252-si telefon vasitəsilə edilib. Daxil olan müraciətlərin 130-u müayinə, müalicə və cərrahi əməliyyatlar, 51-i əlillik məsələləri, 30-u işə qəbul və əmək münasibətləri, 13-ü ambulator dərman təminatı, 18-i tibbi xidmətlər üzrə ödənişlər və 27-si digər mövzuları əhatə edib. Telefon vasitəsilə daxil olan sorğu xarakterli müraciətlərin 115-i icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi və sığortahaqları, bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Agentliyin fəaliyyətinə aid olmayan müraciətlər isə baxılması üçün aidiyyəti üzrə digər təşkilatlara göndərilib.