Sidikçıxarıcı yolların infeksiyalarında bitki preparatlarının rolu


Digərləri 13 Noy 2019 10:50:00 248 0

Sidikçıxarıcı yolların infeksiyalarında bitki preparatlarının rolu

Sidikçıxarıcı yolların infeksiyası (SYİ) sidik sisteminin hər bir üzvində - böyrək, sidik axarı kanalı, sidik kisəsi və sidik kanalında olan infeksiyadır. SYİ infeksion xəstələnmə strukturunda respirator infeksiyalardan sonra ikinci yeri tutur. İnfeksiyaların əksəriyyəti aşağı sidik yollarını - sidik kisəsi və sidik kanalını əhatə edir. SYİ milyonlarla insanın sağlamlığı üçün ciddi problem təşkil edir. Hər il Qərbi Avropada 10 milyondan artıq SYİ halı qeydə alınır. SYİ zamanı infeksiya residivlərinin yüksək səviyyəsi qeydə alınır ki, bu da tez-tez kəskinləşmələrlə xroniki xarakter alır.

SYİ əsas səbəbləri. Sidikçıxarıcı sistemin infeksiyalarına qadınlarda daha tez-tez rast gəlinir. Bu qadın sidikçıxarıcı sistemin xüsusiyyətləri ilə əlaqədardır. Qadınlarda sisikçıxarıcı kanal qısa olduğundan, infeksiyanın inkişaf etdiyi sidik kisəsinə bakteriyanın yolu qısalır. Sidikçıxarı sistemin infeksiyasının daha yayılmış törədicisi bağırsaq çöpüdür. Bəzən iltihabi prosesi xlamidiya, streptokokk, enterokokk, klebsiella, protey və digərlər törədicilər yarada bilər.

SYİ formaları və əlamətləri. Uretranın iltihabı zamanı uretrit, sidik kisəsinin iltihabında sistit, infeksiya böyrəkləri əhatə etdikdə pielonefrit qeydə alınır. Sidikçıxarıcı yolların infeksiyalarının əlamət və təzahürlərinə güclü, daimi sidiyə getmə istəyi, sidiyin xarix olunması zamanı yanğı hissi, sidiyin bulanıq olması aiddir.

SYİ əsas ağırlaşmaları. Bunlara aiddir: təkrarlanan, xüsusən qadınlarda infeksiya; müalicə olunmadıqda böyrəklərin kəskin və ya xroniki infeksiyası (pielonefrit); aşağı bədən çəkili uşaqların doğuşunun yüksək riski; kişilərdə təkrarlanan uretrit sonrası uretranın daralması.