MİDA: 570 güzəştli mənzildən 284nün rəsmiləşdirilməsi başa çatıb


Digərləri 13 Noy 2019 11:05:00 288 0

MİDA: 570 güzəştli mənzildən 284nün rəsmiləşdirilməsi başa çatıb

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksində 16.10.2019-cu il tarixində "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş 570 mənzildən 284-nün alqı-satqısı uğurla başa çatdırılıb.

Son.az xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, həmin mənzillərdən 2-si 18.10.2019-cu il tarixində mənzili gözləmə qaydasında birinci sırada seçmiş şəxslər tərəfindən əldə edilib. Hazırda qalan mənzillərin satışının rəsmiləşdirilməsi Qaydalara uyğun olaraq davam etdirilir.

Güzəştli şərtlərlə əldə edilmiş 284 mənzildən 49-u 1 otaqlı, 159-u 2 otaqlı, 76-sı isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 140-ı mənzili öz vəsaiti hesabına, 144-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Tezliklə Yasamal Yaşayış Kompleksində qalan mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.