Bakıda qapalı avtobus dayanacaqları yaradıla bilər (ÖZƏL)


Digərləri 13 Noy 2019 11:01:00 210 0

Bakıda qapalı avtobus dayanacaqları yaradıla bilər (ÖZƏL)

Bakıda 300-ə yaxın yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə verilib.

Bakı. Samir Əli - Bakıda 300-ə yaxın yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə verilib. Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, bu proses ictimai nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində həyata keçirilir: (adsgarden = window.adsgarden || []).push({}); "Xüsusən də avtobus dayanacaq pavilyonları yenidən qurulur. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində 300-ə yaxın yeni dayanacaq pavilyonları qurulub. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətindən təhvil alınan təxminən 900-ə yaxın dayanacaq pavilyonunun 50%-i təmir edilib. Yəni, bu, davamlı prosesdir. Qapalı dayanacaqlara gəlincə isə hazırda belə bir plan yoxdur, amma gələcəkdə bunun mümkünlüyünü istisna etmirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin