Ən çox "içən" ölkələr - Rusiya ilk onluqda


Digərləri 13 Noy 2019 10:36:29 209 0

Ən çox "içən" ölkələr - Rusiya ilk onluqda

Əhalisinin daha çox spirtli içki qəbul edən ölkələrin reytinqi açıqlanıb

Bakı. Əhalisinin daha çox spirtli içki qəbul edən ölkələrin reytinqi açıqlanıb. Trend-in məlumatına görə, reytinqi İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərtib edib. Reytinqdə birinci yerdə Litva qərarlaşıb. Belə ki, bu ölkədə sakinlər orta hesabla ildə 12,3 litr spirtli içki qəbul edir. İlk üçlükdə Avstriya (11,8 litr) və Fransa (11,7 litr) da yer alıb. Çexiya 11,6 litr göstərici ilə dördüncü, Lüksemburq 11,3 litr göstərici ilə beşinci olub. (adsgarden = window.adsgarden || []).push({}); Spirtli içki istehlak həcminə görə Rusiya reytinqdə ilk onluqda yer alıb. Belə ki, şimal qonşumuz 11,1 litr göstərici ilə yeddinci olub. Reytinqə əsasən, ən az spirtli içilən ölkələr İndoneziya (0,3 litr), Türkiyə (1,4 litr) və İsrail (2,6 litr) olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin