BƏƏ və Azərbaycan arasında ticarət dövriyyəsi artıb


Digərləri 13 Noy 2019 10:29:00 290 0

BƏƏ və Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Bu ilin 9 ayı ərzində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 22,56 faiz artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl-Qubaysi deyib.

Səfir bildirib: "İlk dəfə bu ölkəyə qədəm qoyarkən qarşıma məqsəd qoydum ki, iki ölkənin investor və biznes nümayəndələri arasında yüksək kommunikasiyaya nail olacağıq".