15 yaşlı qızlarının otağına girən valideynləri dəhşətə gəldi


Dünya 13 Noy 2019 10:20:00 279 0

15 yaşlı qızlarının otağına girən valideynləri dəhşətə gəldi

15 yaşlı qızlarının otağına girən valideynləri dəhşətə gəlib.

Son.az Mirror-a istinadla xəbər verir ki, mübahisə zamanı bıçaqlandığını ailəsindən gizlədərək birbaşa öz otağına gedib, yatan qız ölüb.

Rusiyanın Yekaterinburq şəhərində yaşayan 15 yaşlı məktəbli Yelizabet Kindsfater məktəbdə mübahisə zamanı sinəsindən bıçaqlanıb. Lakin o, xəstəxanaya getmək əvəzinə güclə evə gəlib, valideynlərinə yorğun olduğunu bildirib və öz otağına keçib.

Axşam saatlarında qızın halı pisləşib və o, valideynlərindən kömək istəyib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun bıçaqlanmasında şübhəli bilininən 16 yaşlı oğlan saxlanılıb. O, hadisə zamanı sərxoş halda olub.