Bakıda avtomobil yolunu bağlayan şəxslə bağlı araşdırmalara başlandı (VİDEO)


Digərləri 13 Noy 2019 09:29:00 241 0

Bakıda avtomobil yolunu bağlayan şəxslə bağlı araşdırmalara başlandı (VİDEO)

Sosial şəbəkələrdə Bakıda naməlum şəxsin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb.

Bakı. Samir Əli - Sosial şəbəkələrdə Bakıda naməlum şəxsin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb. Videogörüntülərdə 1 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: "Videogörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Hadisə ilə bağlı müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin