"Ford" 300 mindən çox avtomobili geri çağırıb


Dünya 13 Noy 2019 09:05:00 336 0

"Ford" 300 mindən çox avtomobili geri çağırıb

"Ford" şirkəti Şimali Amerikada 337 min avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərar ön oturacaqların çərçivələrinin iti uclara malik olması ilə əlaqədardır.

Belə ki, bu, sürücünün və sərnişin xəsarət alması ilə nəticələnə bilər. Bu günədək 30-a yaxın bu cür halın qeydə alındığı deyilir. Geri çağırılma 2017-ci ilin "Explorer" modellərinə şamil olunur.