Tovuzquşu, qızılqaz, mandarin, karalin ördəkləri, sultan toyuğu Lənkəran sakininin təsərrüfatından REPORTAJ VİDEO FOTO


Digərləri 13 Noy 2019 07:21:00 63 0

Tovuzquşu, qızılqaz, mandarin, karalin ördəkləri, sultan toyuğu  Lənkəran sakininin təsərrüfatından REPORTAJ  VİDEO  FOTO

Lənkəranın Liman şəhərində yaşayan 74 yaşlı quşbaz Abbas Abbasov həyətyanı sahəsində 300-ə yaxın müxtəlif cinsli quş saxlayır. Əlli ildir bu işlə məşğul olan Abbas kişinin təsərrüfatını görmək istəyənlər arasında nəinki ölkənin müxtəlif bölgələrindən, hətta xaricdən gələn turistlər də var.

Bu xəbəri də oxu: Şirvanda köməkçi tikili yanıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Abbas Abbasovun təsərrüfatında dünyanın müxtəlif ölkələrindən gətirilən quşlara rast gəlmək mümkündür. O, yaratdığı quş parkında daha çox tovuzquşu, qızılqaz, qırqovul, mandarin və karalin ördəkləri, sultan toyuğu quşları saxlayır. İşindən zövq alan Abbas kişi bildirir ki, quşların yemlənməsi nə qədər çətin olsa da, buna xüsusi diqqət göstərir. Bəzi hallarda sakinlər tapdıqları yaralı quşları gətirib ona təhvil verirlər. Həmin quşlar sağaldıqdan sonra təbiətə buraxılır: "Demək olar yarım əsrdir quş saxlayıram. Təbiətə, canlılara marağım böyükdür, özüm də ekoloqam. Saxladığım quşlarla yanaşı, çox vaxt mənə yaralı quşları da gətirib verirlər. Hansı ki, adları "Qırmızı kitab"a düşüb, onu təhvil alanda sənədləşdiririk, sağaldıqdan sonra isə zooparka verirəm".

Təsərrüfatçının saxladığı quşların içərisində ən kiçiyi bildirçindir. Onun çəkisi 50 qram təşkil edir. "Qırmızı kitab"a düşən nadir canlıları bəsləmək və saxlamaq elə də asan başa gəlmir. Ev quşlarının içərisində ən çox maraq doğuran isə "ayama" adlı qara toyuqlardır: "Bu, çox nadir quşdur. Açıq təbiətdə yoxdur bundan. Bu toyuğu mən Polşadan gedib gətirmişəm. Bir cüt gətirmişdim, indiyədək ondan 200 cücə almışam".

Abbas Abbasov ömrünün böyük hissəsini quşların tədqiqatına həsr edib. Dünyanın bir sıra ölkələrində - Yaponiya, Kanada, İspaniya, Rusiya, İndoneziyada flora və fauna ilə bağlı seminar və konfranslarda iştirak edib. İndi onun ən böyük arzusu zoopark yaratmaqdır. Bunun üçün quşbaza dövlət tərəfindən 50 sot torpaq sahəsi də verilib.

Keçmiş Boliviya prezidenti Evo Moralesin olduğu təyyarə Mexiko şəhərinə enib like
  • 13 Noy 06:31  
Digərləri Keçmiş Boliviya prezidenti Evo Moralesin olduğu təyyarə Mexiko şəhərinə enib

Keçmiş Boliviya prezidenti Evo Moralesin olduğu təyyarə Mexiko şəhərinə

arrow Ətraflı
Morales: Meksikada sığınacaq həyatımı xilas edib like
  • 13 Noy 05:52  
Digərləri Morales: Meksikada sığınacaq həyatımı xilas edib

Meksikanın keçmiş Boliviya prezidenti Evo Moralesə Meksikada sığınacaq ve

arrow Ətraflı
Birbirindən xəbərsiz olan 7 qadınla evləndi  FOTO like
  • 13 Noy 05:30  
Digərləri Birbirindən xəbərsiz olan 7 qadınla evləndi FOTO

İstanbulda qeyri-adi bir hadisə yaşanıb. 41 yaşlı Ömər S., imam nikahı

arrow Ətraflı
Çex Respublikası ilin sonuna qədər ABŞ-dan 12 döyüş helikopteri alacaq like
  • 13 Noy 05:06  
Digərləri Çex Respublikası ilin sonuna qədər ABŞ-dan 12 döyüş helikopteri alacaq

Bu ilin sonuna qədər Çexiya ABŞ ilə milli hava qüvvələri üçün 12 döy

arrow Ətraflı
Boliviyalı senator müvəqqəti prezident vəzifəsini icra edəcək like
  • 13 Noy 04:31  
Digərləri Boliviyalı senator müvəqqəti prezident vəzifəsini icra edəcək

Boliviya senator Jeanine Anez, keçmiş prezident Evo Moralesin sol partiyasınd

arrow Ətraflı
"Facebook"ın işində problemlər yaranıb like
  • 13 Noy 03:46  
Digərləri "Facebook"ın işində problemlər yaranıb

Bir sıra ölkələrdən olan "Facebook" istifadəçiləri sosial şəbəkədə

arrow Ətraflı
Tramp və Makron arasında telefon danışığı olub like
  • 13 Noy 02:35  
Digərləri Tramp və Makron arasında telefon danışığı olub

ABŞ prezidenti Donald Tramp və fransalı həmkarı Emmanuel Makron telefon dan

arrow Ətraflı
"Instaqram"ın işində nasazlıqlar yaranıb like
  • 13 Noy 01:58  
Digərləri "Instaqram"ın işində nasazlıqlar yaranıb

"Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub

arrow Ətraflı