Jerar Depardye Özbəkistanın Fransadakı turizm səfiri təyin edilib


Digərləri 13 Noy 2019 06:30:00 303 0

Jerar Depardye Özbəkistanın Fransadakı turizm səfiri təyin edilib

Görkəmli fransız aktyoru və rejissoru Jerar Depardye Özbəkistanın Fransadakı turizm səfiri təyin edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Özbəkistanın baş nazirinin müavini Əziz Abduxakimov mətbuat konfransında məlumat verib.

O deyib ki, hazırda Özbəkistanın xarici ölkələrdə 14 turizm səfiri fəaliyyət göstərir və onların hamısı tanınmış adamlardır. Turizm səfirlərinin altısı hazırda Özbəkistandadır və onlar Daşkənddə keçiriləcək "İpək Yolu ilə Turizm" beynəlxalq turizm yarmarkasında iştirak edəcəklər.

Tanınmış fransız aktyoru və rejissoru Jerar Depardye isə deyib ki, o, Özbəkistanın turizm potensialıni təkcə Fransada yox, bütün Avropa ölkələrində təbliğ edəcək.

(adsgarden = window.adsgarden || []).push({});