Birbirindən xəbərsiz olan 7 qadınla evləndi FOTO


Digərləri 13 Noy 2019 05:30:00 324 0

Birbirindən xəbərsiz olan 7 qadınla evləndi  FOTO

İstanbulda qeyri-adi bir hadisə yaşanıb. 41 yaşlı Ömər S., imam nikahı ilə  7 qadınla evlənib. 7 arvaddan cəmi 5 uşağı olan gənc adam, illərlə bir-birlərindən xəbərləri olmayan həyat yoldaşları ilə yaşadı.

Son.az Sherg.az-a istinadən bildirir ki, bir qayınana Öməri axtardığı zaman telefonu digər qadının götürməsi ilə hər şey ortaya çıxır. Dedektif kimi ərinin bütün əlaqələrini araşdıran dördüncü zirək arvad, Ömərin bütün oyunlarını pozur. Sevgi Demir (31), yalanlarla keçən illərini belə nəql edir:

"6 ay arxamca qaçdı"

Ömərlə rəfiqələrimlə getdiyim bir məkanda tanış oldum. 2012-ci il  idi. Məndən əl çəkmədi. 6 ay arxamca qaçdı. Üç dəfə evləndiyini, boşanma mərhələsində olduğunu, artıq möhkəm bir ailə qurmaq istədiyini söylədi. Aylar keçirdi. Bu səbəblə imam nikahı bağlanmasını qəbul etdim. Hamilə qaldım. Ferma saxladığını, işi gərəyi heyvan almaq üçün şəhərdən kənara getdiyini söyləyərək, həftənin 6 günü evə gəlmirdi. Sonra bir neçə yerdə başqa qadınla yaşadığı ortaya çıxdı. Təbii, bunları öyrənə qədər illərim getdi.

"Ömər  məni və uşağımı inkar etdi"

(adsgarden = window.adsgarden || []).push({});