Dünyanın ən bahalı qırıcısında ÖLÜMCÜL XƏTA tapıldı FOTO


Digərləri 13 Noy 2019 03:30:00 313 0

Dünyanın ən bahalı qırıcısında ÖLÜMCÜL XƏTA tapıldı  FOTO

ABŞ istehsalı "F-35" döyüş təyyarələrində istifadə edilən yüksək texnoloji kaskada ölümcül xəta tapılıb.

Son.az xəbər verir ki, pilotlar tərəfindən istifadə edilən kaska ekranındakı xəta aşağı səviyyəli işıqda uçarkən yaşıl parıltı yaranır və təyyarə gəmilərinə gecə enərkən məhdudiyyət gətirir.

Müdafiə Nazirliyi problemin həlli üçün dərhal hərəkətə keçib.Təyyarənin istehsalçısı olan "Lockheed Martin" ənənəvi maye kristal ekranlar yerinə yeni orqanik işıq yayan diodlar quraşdırıb. Tarixin ən bahalı qırıcısında tapılan xəta Pentaqonun "ilk həll edilməsi vacib problem" siyahısına salınıb. İstehsal proqramının idarəçisi Cim Qiqliotti kaska texnologiyasını LCD-dən LED sisteminə keçirmək üçün çalışdıqlarını bildirib.

(adsgarden = window.adsgarden || []).push({});