Toyota şirkəti Toyota RAV4 əsasında hazırlanan yeni krossoverin tizerini nümayiş etdirdi


Digərləri 12 Noy 2019 21:55:00 304 0

Toyota şirkəti Toyota RAV4 əsasında hazırlanan yeni krossoverin tizerini nümayiş etdirdi

Yaponiyanın Toyota şirkəti Toyota Wildlander krossoverinin rəsmi tizerlərini paylaşıb.

Son.az ted.az-a istinadən bildirir ki, populyar RAV4 yolsuzluq avtomobili əsasında qurulan bu model Çin zavodunda yığılır. Öz növbəsində Çin modifikasiyasında unikal bamper, radiator barmaqlığı, baş optika və digər fərdi elementlər var. RAV4 krossoveri kuzanın uzunluğunun bir qədər artması ilə də fərqlənir.

Avtomobilin kapotunun altında 171 at gücündə olan 2 litrlik benzin mühərriki quraşdırılıb. Müştərilər, həmçinin 2,5 litrlik mühərrik və ümumi 222 at gücü olan elektrik aqreqatları ilə unikal versiyanı əldə edə biləcək. Bazar üçün ön və ya tam sürücü ilə komplektləşdirmə təklif ediləcək. Toyota Wildlander krossover modelinin premyerası 22 noyabr tarixində Guançjou şəhərində keçiriləcək.

(adsgarden = window.adsgarden || []).push({});