Traktor futbol klubunun 7 azarkeşi saxlanılıb


Dünya 12 Noy 2019 21:29:00 302 0

Traktor futbol klubunun 7 azarkeşi saxlanılıb

İran İslan Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Müavini Hüseyin Zülfəqari İranın futbol üzrə super liqasının oyunlarında İstiqlal komandası və İran Azərbaycanının Traktor komandası arasında keçən matçda 7 azarkeşin saxlanıldığını bildirib.

İRNA xəbər agentliyinin verdiyi məlumata görə, o, azarkeşlərin saxlanılmasının səbəbinin onların idmanla əlaqəsi olmayan davranışları ilə əlaqədar olduğunu deyib. Zülfəqari həmçinin bildirib ki, 3-4 nəfər daha bir plakatla əlaqədar olaraq təhlükəsizlik qüvvələrin tərəfindən axtarılır.

İranın daxili işlər nazirinin müavini İstiqlal-Traktor oyununda türk azarkeşlərin davranışının ölkənin milli təhlükəsizliyinə zidd olduğunu və təhlükəsizlik və məhkəmə orqanlarının bu şəxsləri qanuna uyğun olaraq cəzalandıracağını deyib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Traktor və İstiqlal arasında oyunda Traktor komandasının türk azarkeşləri Türkiyənin son zamanlarda Suriyanın şimalında başlatdığı `Barış Pinarı` əməliyyatında ölkəyə dəstək verilən şüarlar səsləndiriblər. Azərbaycanlı tamaşaçılar `Əsgər salamı` ilə Türkiyəyə və ölkənin ordusuna dəstəklərini göstəriblər. Bəzi tərəfdarlar Azərbaycan və Türkiyə bayraqlarını stadionda nümayiş etdiriblər. Traktor azarkeşlərinin `Əsgər salamı` və dəstəkçi şüarları Türkiyə mediasında geniş şəkildə əks etdirilib.