ABŞ ordusu 4 əfqan əsgəri öldürülüb


Dünya 12 Noy 2019 21:33:00 285 0

ABŞ ordusu 4 əfqan əsgəri öldürülüb

Amerika ordusunun Əfqanıstanın şərqində həyata keçirdiyi hava hücumu nəticəsində səhvən Əfqanıstan ordusunun azı dörd əsgəri öldürülüb, altı əsgər yaralanıb.

Vilayət polisi şöbəsinin sözçüsünün bildirdiyinə görə, insident gecə saatlarında Logar vilayətində Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə Taliban üsyançıları arasında yaranmış qarşıdurma zamanı baş verib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Şahpur Əhmədzay Amerikanın Səsinə döyüşlərin bazar ertəsi gecə militantların vilayətin paytaxtı Pul-e Əlam yaxınlığındakı təhlükəsizlik məntəqəsinə hücum etməsindən sonra baş verdiyini bildirib.

Əhmədzay Talibanın hücumunun Əfqanıstan Milli Ordusunun ABŞ hava qüvvələrini dəstək üçün çağırmasına səbəb olduğunu və bunun "dost atəşi" ilə nəticələndiyini deyib.​

Birləşmiş Ştatların hərbi qüvvələrinin sözçüsü Amerikanın Səsinə Əfqanıstan qüvvələrinə dəstək məqsədilə ABŞ hava hücumu zamanı Əfqanıstan Milli Ordusunda itkilərin ola bildiyi barədə məlumatlardan xəbərdar olduğunu bildirıb.