Talibanın 3 yüksək rütbəli məhbusu 2 qərbli ilə mübadilə ediləcək


Dünya 12 Noy 2019 21:34:00 248 0

Talibanın 3 yüksək rütbəli məhbusu 2 qərbli ilə mübadilə ediləcək

Əfqanıstan prezidenti Əşrəf Qani Talibanın 3 yüksək rütbəli məhbusunun qrup tərəfindən uzun müddətdir saxlanılan 2 qərbli ilə mübadilə ediləcəyini bildirib.

Qani məhbusların mübadiləsi xəbərini milli televiziya ilə çıxışı zamanı bəyan edib. O bildirib ki, mübadilə Talibanla sülh müzakirələri çərçivəsində həyata keçirilir.

Əfqanıstanın dövlət başçısı bu ağır qərarın əfqan xalqının maraqları nəzərə alınaraq verildiyini deyib.