AMD, 3cü nəsil Threadripper prosessorlarını təqdim etdi


Digərləri 12 Noy 2019 21:10:00 225 0

AMD, 3cü nəsil Threadripper prosessorlarını təqdim etdi

AMD son illərdə prosessor bazarında əhəmiyyətli bir irəliləyiş əldə etmiş və Intel-lə rəqabətə başlayan AMD, yeni prosessorunu təqdim edib. Ryzen Threadripper 3-cü nəsil, 32 nüvəyə qədər dəstəkləyir.

Son.az techland.az-a istinadən bildirir ki, prosessoru təqdim edən AMD-nin baş direktoru Lisa Su, yeni prosessorun hər cür yüklənmədə daha sürətli olduğunu və bazarda ən sürətli masa üstü kompüter prosessoru olduğunu söyləyib. Yeni Threadripper seriyası 2 ayrı modellə gəlir.

Yeni seriyadakı iki modeldən birincisi 24 nüvəsi olan Threadripper 3960X idi. Baza sürəti 3,8 GHz olan Prosessorun sürətini boost ilə 4,5 GHz-ə qədər artırmaq olar.

140 MB ümumi yaddaşı olan prosessor 88 PCle xəttinə malikdir. Prosessorun TDP (təxminən istifadə edə biləcəyi Güc) 280 Vatt var və dörd kanallı yaddaşı dəstəkləyir.

(adsgarden = window.adsgarden || []).push({});