10 yaşlı uşağı maşın vurdu


Digərləri 12 Noy 2019 20:22:00 361 0

10 yaşlı uşağı maşın vurdu

Biləsuvarda 10 yaşlı piyadanı avtomobil vurub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mərkəzi Bazarın önündə qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Aydın Əliyevi vurub.

A.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.