Gədəbəy icra başçısının müavini: "Rayonda 10 mindən çox ağac əkiləcək"


Digərləri 12 Noy 2019 19:53:27 309 0

Gədəbəy icra başçısının müavini: "Rayonda 10 mindən çox ağac əkiləcək"

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Gədəbəydə 5000-dən çox ağac əkiləcək.

Son.az bildirir ki, bunu Trend-ə Gədəbəy rayon icra başçısının müavini Vüsal Musayev deyib.

Onun sözlərinə görə, ağacəkmə tədbirləri zamanı rayonda 10 mindən çox ağac əkiləcək.

Artıq ağacların əkiləcəyi yerlər müəyyən edilib. Ağaclar Şəmkir-Gədəbəy magistral yolunun sağ və sol tərəflərində, müxtəlif yaşayış məntəqələrində əkiləcək.

V.Musayev qeyd edib ki, ağacların bitmə səviyyəsinin yüksək olması üçün yerli şəraitə uyğun olan ağacların əkilməsinə üstünlük veriləcək.

İcra başçısının müavini hazırda ağacəkmə tədbirlərinin həyata keçirilməsi üçün hazırlıq işlərinin aparıldığını söyləyib: