Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü


Digərləri 12 Noy 2019 19:47:00 256 0

Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü

Lənkəranda ruhi xəstə itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin Mirsalıyev küçəsi, 26 saylı evdə baş verib.

Həmin evdə yaşayan, 1960-cı il təvəllüdlü Ağayev Camal Aydın oğlu noyabrın 9-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.