İstanbulda “əsrarəngiz” cinayətlər FOTO


Dünya 12 Noy 2019 19:12:00 249 0

İstanbulda “əsrarəngiz” cinayətlər  FOTO

Ötən gecə İstanbulun Fatih rayonunda yerləşən otellərdən birinin kafesində silahlı insident baş verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, nəticədə iş adamı, Çin vətəndaşı olan uyğur türkü Saimait Aierken ağır yaralanıb və çatdırıldığı xəstəxanada ölüb.

Hadisə ilə əlaqədar yaradılmış istintaq qrupu ətrafdakı kameraları açıb, həmçinin S.Aierkenin ətrafındakı insanları araşdırılıb. Nəticədə 3 şübhəli şəxs saxlanılıb.

Təhqiqatçılar müəyyən ediblər ki, Aierkenin istifadə etdiyi nəqliyyat vasitəsi Qırğızıstana aid "CC" nömrəli konsulluq avtomobilidir. Silahlı hücumun səbəbi borc olaraq göstərilir. Ancaq mərhumun Qırğızıstanın diplomatik nömrəli nəqliyyat vasitəsindən istifadə etməsi bir qədər şübhə doğurur. 

Hazırda nəzarətə alınan hər üç şəxsin dindirilməsinin davam etdiyi və polisin hadisənin bütün təfərrüatlarını araşdırdığı deyilir.