"Arvad tez yatarsa, özünə ziyan edər"


Şou-biznes 12 Noy 2019 19:40:00 343 0

"Arvad tez yatarsa, özünə ziyan edər"

Arvada ürəyi nə istəyir almışam. Hər şeyi var. Elə xanımdır ki, gözütoxdur. Qadın var ki, gözü doymur.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aftandil İsrafilov "Ay Zaur" verilişində deyib. Qarmon ifaçısı həyat yoldaşı Zenfira xanımdan bəhs edib. O bildirib ki, xanımı onu qısqanmır:

"Evə gec gedəndə heç vaxt sual vermir. Nəsə soruşur, 1 dəfə cavab vermədimsə, anlayır. Evə gec gedəndə, arvad yatırsa, ona ziyandır. Yatanda pul vermirəm. Oyaq olursa, pulu ona verirəm.

Heç vaxt evdə dava salmıram. Ağıllı kişi görəndə evdə yemək yoxdur, söz-söhbət yaratmaz. Girib bir dönər yeyir, birini də arvada alıb gətirirlər".