“Məndən ailə xanımı olmaz”


Şou-biznes 12 Noy 2019 19:10:00 273 0

“Məndən ailə xanımı olmaz”

Yollarım kəsilirdi, qadağalar qoyulurdu. Bilmirdim bunu kim edir. Moskvada haqqımda yazılar çıxmışdı. Məni "Lirik mahnıların kraliçası" adlandırmışdılar. Biz Ələkbər Tağıyevlə çalışdıq ki, bunları gündəmə gətirməyək. Çünki Sənət camiəmizdə bir kraliça var idi - Şövkət Ələkbərova.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramında Xalq artisti Nisə Qasımova deyib.

O, sənətə yeni gəldiyi dövrdə başqa bir ifaçıya olan heyranlığından və qarşılaşdığı münasibətdən söz açıb:

"Bir müğənnini görmək, rastlaşmaq istəyirsən. "Ay allah, necə ətir vurmuşdu, saçları necə qəşəng idi, əlləri nə gözəldir" və sairə deyirsən. Bu cür ab-hava ilə yaşayan bir insana qapaz vururlarsa, qapazdan ayılmamış kürəyindən bıçaqlayırlarsa, onun qolunu, qabırğasını, qıçını sındırırlarsa, bu adam necə qalxsın? İçində fəryadlarlar, oxumaqlar... Yaxşı ki, Moskvaya getdim. Kimsə deyir acıq etdi, oxumağa getdi. Oradan qayıdandan bəri bütün mahnılarım etirafdır - "Məni satdın nəfsinə", "Qayıtdım", "Şəhanə sevgi",, "Korun fəryadı". Bu mahnılar içimdəki fəryadım idi. Bu barədə nə mətbuatda, nə də telekanallarda danışa bilərdim. İndiki kimi deyildi".

Sənətçi sevgi münasibətinin alınmaması barədə də danışıb: